RU

Çempionlar Liqasında püşkatma: ''Qarabağ''ın potensial rəqibləri

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

Redaktor.az xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə “Qarabağ” klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

Püşkatmada 36 komanda 4 səbətə bölünəcək. Qol.az-ın məlumatına görə, “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdədir.

Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılacaq. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada səkkiz rəqib seçəcək. Eyni prosedur bütün komandalar üçün təkrarlanacaq və nəticədə bütün cütlüklər müəyyən ediləcək.

Hər səbətdən iki komanda digər səbətlərdən iki komandaya rəqib olacaq. Bir assosiasiyadan maksimum iki rəqib ola bilər.

Liqa mərhələsində eyni assosiasiyadan olan komandalar isə bir-birilə qarşılaşa bilməz.

Səbətlərin tərkibi

1-ci səbət

PSJ (Fransa)
Real Madrid (İspaniya)
Mançester Siti (İngiltərə)
Bavariya (Almaniya)
Liverpul (İngiltərə)
İnter (İtaliya)
Çelsi (İngiltərə)
Borussiya Dortmund (Almaniya)
Barselona (İspaniya)

2-c səbət 

Arsenal (İngiltərə)
Bayer Leverkuzen (Almaniya)
Atletiko Madrid (İspaniya)
Benfika (Portuqaliya)
Atalanta (İtaliya)
Villarreal (İspaniya)
Yuventus (İtaliya)
Ayntraxt Frankfurt (Almaniya)
Brügge (Belçika)

3-cü səbət 

Tottenhem (İngiltərə)
PSV (Niderland)
Ayaks (Niderland)
Napoli (İtaliya)
Sportinq Lissabon (Portuqaliya)
Olimpiakos (Yunanıstan)
Slaviya Praqa (Çexiya)
Bude-Qlimt (Norveç)
Marsel (Fransa

4-cü səbət

Kopenhagen (Danimarka)
Monako (Fransa)
Qalatasaray (Türkiyə)
Union Berlin (Almaniya)
Qarabağ (Azərbaycan)
Atletik Bilbao (İspaniya)
Nyukasl (İngiltərə)
Pafos (Kipr)
Kayrat (Qazaxıstan)
 

Избранный
23
34
redaktor.az

10Источники