Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini gücləndirib.
"Football-plus.az" xəbər verir ki, “Qarabağ”ın “Ferensaroş”u üstələyərək Çempionlar Liqasının əsas mərhələsinə düşməsi sayəsində ölkəmiz daha 6 əmsal qazanıb. Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb.
Beləliklə, yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub. Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.
Amma o da qeyd edilməlidi ki, Sloveniya və Ukrayna klubları avrokuboklarda (Avroliqa və Konfrans Liqası) mübarizəni davam etdirir. Onlar əsas mərhələyə yüksələcəyi halda Azərbaycan reytinqdə yenidən geri düşəcək (ən pis halda 28-ci pilləyə).
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта