BAKI, 23 sentyabr. TELEQRAF
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Reykyavik şəhərinə yola düşüb.
Millimizi səfərə aparan təyyarə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib. Komandamız sentyabrın 4-də, Bakı vaxtı ilə saat 22:30-da matçın baş tutacağı “Lauqardalsvollur” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya -Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.