"Bloomberg"in yazdığına görə isə bu il qızıl əsas xammal malları arasında ən çox gəlir gətirənlərdən biri olub və qiyməti 30 faizdən çox artıb.
Analitik Samanta Dart bildirib ki. FED-in müstəqilliyinin pozulması inflyasiyanın artmasına, səhmlərin və uzunmüddətli istiqrazların ucuzlaşmasına, dolların ehtiyat valyuta statusunun zəifləməsinə səbəb ola bilər:
“Bunun əksinə olaraq, qızıl institusional etimaddan asılı olmayan yığım vasitəsidir".
Şirkətə görə, metal üçün bir neçə ssenari mümkündür:
- baza proqnozu – 2026-cı ilin ortalarınadək 1 unsiya üçün 4000 dollar (qramı 129 dollar);
- "qalıq risk" ssenarisi – 4500 dollar (qramı 145 dollar);
- 1% ABŞ xəzinə istiqrazlarının özəl bazarının qızıla yönəldilməsi halında – 5000 dollar (qramı 160 dollardan çox).
“Əgər ABŞ xəzinə istiqrazlarının özəl bazarının cəmi 1%-i qızıla keçsə, qiymət 1 unsiya üçün 5000 dollara yaxınlaşacaq. Digər amillər dəyişməz qalarsa, qızıl bizim üçün uzunmüddətli perspektivdə ən inandırıcı xammal tövsiyəsi olaraq qalır", deyə "Goldman Sachs" analitikləri vurğulayıb.
"Goldman Sachs Group Inc."in proqnozları reallığa nə qədər yaxındır?
Sualı cavablandıran iqtisadçı ekspert Eldəniz Əmirov Bizim.Media-ya açıqlamasında deyib ki, qızılın qiymətinin bir qədər də artması gözləniləndir:
“Ona görə ki, qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik qızılın qiymətinin sürətlə artmasına şərait yaradır. Çünki qeyri-müəyyənlik şəraitində daha çox ən etibarlı investisiya aləti kimi qızıla üz tuturlar. Bu da nəticə etibarı ilə qızılın qiymətinin artması deməkdir. Təbii ki, tələbin artması təklifi də artırır. Bununla belə 5000 dollar düşünürəm ki, kifayət qədər böyük rəqəmdir. Bu rəqəm qeyri-mümkün deyil, mümkündür. Amma ehtimalı azdır”.
Bəs, qızıl bu qədər bahalaşarsa, dünyada və ölkəmizdə dollar nə qədər dəyər itirə bilər?
Müsahibimiz qeyd edib ki, son 9 ildə dolların məzənnəsi ölkəmizdə 1,7 manat olaraq qalsa da, qızılın qiyməti xeyli bahalaşıb:
10Источники
-
news365.azQızıl almaq doğru investisiya etməkdirmi? ( 21222859)
-
metbuat.azQızıl almaq sərfəli sərmayədir? İqtisadçı açıqladı ( 21213934)
-
metbuat.azQızıl almaq sərfəli sərmayədir? - ( 21213895)
-
metbuat.azQızıl almaq gələcəyə yatırımdır? - ( 21213853)
-
editor.azPulunuzu itirməyin: Qızıl sərmayəsində bilinməli ƏSAS QAYDALAR ( 21196072)
-
cebheinfo.azQızıl “yaman günün yarağı”dır? ( 21187465)
-
cebheinfo.azQızıl “yaman günün yarağı”dır? ( 21187081)
-
bizim.mediaQızıl bahalaşacaq Bu TARİXDƏN ( 21074701)
-
demokrat.azQızıl bahalaşacaq — Bu TARİXDƏN ( 21074329)
-
bizim.mediaQızıl bahalaşacaq – Bu TARİXDƏN ( 21074086)