Bəyanatda qeyd olunur ki, bu cür hərəkətlər Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə və sabitliyin pozulmasına gətirib çıxarır:
"İsrailin düşmən və ya rəqib hesab etdiyi qüvvələrə qarşı bu metodların tətbiqi ən sərt şəkildə qınanmalıdır".
Nazirlik vurğulayıb ki, Qətərə qarşı raket hücumu - hazırda HƏMAS ilə İsrail arasında dolayı danışıqlarda əsas vasitəçi rolunu oynayan ölkəyə - beynəlxalq sülh təşəbbüslərinə zərbə kimi qiymətləndirilməlidir.
Moskva bir daha bütün tərəfləri məsuliyyətli davranmağa, vəziyyəti daha da ağırlaşdıracaq addımlardan çəkinməyə çağırıb. Rusiya XİN atəşkəsin tezliklə təmin olunmasının və Fələstin probleminin yalnız beynəlxalq hüquqi əsasda kompleks həllinin vacibliyini təsdiqləyib.