RU

Hakimliyə namizədlər üçün test imtahanının vaxtı məlum oldu

Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 370-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini komitəyə təqdim edib.Bu barədə Metbuat.az-a Hakimlərin Seçki Komitəsindən bildirilib. Məlumata görə, həmin namizədlərlə test imtahanı cari ilin sentyabrın 21-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcəkdir."Namizədlər imtahana buraxılış vərəqəsini sentyabrın 11-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Buraxılış vərəqəsini əldə etmək üçün son müddət 20 sentyabr 2025-ci il saat 10:00 müəyyən edilib. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62" - deyə məlumatda qeyd olunub.

Избранный
4
9
metbuat.az

10Источники