RU

Hakimliyə namizədlər üçün test imtahanı

Yazını böyüt
Yazını kiçilt

Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 370-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib.

Bu barədə hafta.az-a Məhkəmə Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, həmin namizədlərlə test imtahanı sentyabrın 21-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini sentyabrın 11-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Buraxılış vərəqəsini əldə etmək üçün son müddət sentyabrın 20-si saat 10-dək müəyyən edilib.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Избранный
15
9
hafta.az

10Источники