RU

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkətinin mətbuat xidmətindən bildirilib.

"16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində "Şimali Qafqaz- Zaqafqaziya" magistral qaz kəmərində planlı təmir işlərinin aparılması ilə əlaqədar bu kəmərlə Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq", - məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistanda istehlakçılar daxili ehtiyatlar və İrandan əlavə həcmlər hesabına qazla təmin olunacaq.

Избранный
26
13
manset.az

10Источники