RU

Bruno Lage “Qarabağ”la matçda 3 xalı hədəfləyib

“Benfika”nın baş məşqçisi Bruno Lage UEFA Çempionlar Liqasının əsas mərhələsinin “Qarabağ”la oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, Portuqaliya və Azərbaycan çempionları arasındakı qarşılaşma sabah Lissabon şəhərində keçiriləcək.

Bruno Lage qarşılaşmadan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hücumda çox yaxşıyıq. Avropanın ən güclü komandalarından biriyik. Ötənilki çıxışımızı təkrarlamağı planlaşdırırıq. 3 xal qazanmağı hədəfləyirik. Azarkeşlər maraqlı qarşılaşmaya şahidlik edəcəklər. Yaxşı oynamalıyıq, Avropada uğurlu nəticələrə ümid edirik. Qarşıda çox matç var. Müdafiədən oyun qurmağa üstünlük verəcəyik”.

Bruno Lage deyib ki, strategiyalar həmişə rəqibin xüsusiyyətlərinə görə qurulmalıdır:

“Santa Klara” müdafiəyə daha çox çəkilən komanda idi, “Qarabağ” isə fərqli sistemdə çıxış edir. Biz isə rəqibin buraxdığı boşluqlardan maksimum yararlanmağa çalışacağıq”.

Rəqib baş məşqçi start heyəti ilə bağlı bunları deyib:

“Komanda ilə növbəti yaxşı məşq gününü arxada qoyduq, sabah da davam edəcəyik. Bundan sonra ən uyğun onbirliyi müəyyənləşdirib qərarımızı verəcəyik”.

“Benfika”nın çalışdırıcısı bildirib ki, komandasının üzərindəki tələb hədsiz dərəcədə yüksəkdir:

“Burada başqa nəticə ola bilməz. Bütün oyunları qazanmalıyıq”.

Sabah De Luş stadionunda keçiriləcək “Benfika” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

error: Məzmun qorunur!
Избранный
51
25
arena.az

10Источники