RU

Avropa Komissiyasının Rusiyaya qarşı yeni sanksiyalar paketini nə vaxt açıqlayacağı bəlli olub

Avropa Komissiyası (AK) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini cümə günü, sentyabrın 19-da təqdim edəcək.

Editor.az bu barədə Almaniyanın “Handelsblatt” qəzetinə istinadla xəbər verir.

Bildirilir ki, sanksiyalar Avropanın Rusiyadan neft və təbii qaz tədarükündən imtinasını sürətləndirmək və Çin və Hindistana Rusiyadan enerji alışını dayandırmaq üçün təzyiqi artırmaq məqsədi daşıyır. Yeni neft tankerlərinə də məhdudiyyətlər qoyulacaq.

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo bəyan edib ki, Avropa ölkələri Rusiyanın enerji resurslarını almağı dayandırmalı və Moskvaya qarşı “real sanksiyalar” tətbiq etməlidir.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl Rusiyaya qarşı sanksiyaların “ikinci fazasına” keçməyə hazır olub-olmaması ilə bağlı suala müsbət cavab vermişdi.

//Gülnarə Abasova, Editor.az

Избранный
39
editor.az

1Источники