Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”,Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin ortaqiymətlərində artım qeydə alınıb.
Trend xəbərverir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən"Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 1,4 ABŞ dolları və ya 2,04% artaraq 70,13 dollar/bareltəşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 70,76dollar/barel, minimum isə 69,43 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında"Azeri Light" markalı xam neftin orta qiyməti 68,60 dollar/bareltəşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,35 ABŞdolları və ya 2% çoxdur. Sözügedən dövr ərzində bu markalı xamneftin maksimal qiyməti 69,23 dollar/barel, minimum isə 67,94dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 0,84 ABŞ dolları və ya 1,5% artaraq 56,75 dollar/bareltəşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 57,45dollar/barel, minimum isə 55,90 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiymətiəvvəlki həftə ilə müqayisədə 0,98 dollar və ya 1,46% bahalaşaraq,67,84 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə,“Dated Brent” neftinin maksimal qiyməti 68,56 dollar/barel, minimumisə 66,95 dollar/barel təşkil edib.
Neftin növü / tarix | 15.09.2025 | 16.09.2025 | 17.09.2025 | 18.09.2025 | 19.09.2025 | Orta qiymət |
Azeri LT CIF | $69,43 | $70,68 | $70,76 | $70,25 | $69,53 | $70,13 |
Azeri Light FOB Ceyhan | $67,94 | $69,15 | $69,23 | $68,71 | $67,99 | $68,60 |
Urals (EX NOVO) | $56,50 | $57,45 | $57,18 | $56,72 | $55,90 | $56,75 |
Dated Brent | $67,60 | $68,56 | $68,31 | $67,76 | $66,95 | $67,84 |