Gürcüstanın paytaxtı Tbilisidə paracüdo üzrə Avropa çempionatı davam edir.
Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) turnirdə finala adlamağı bacarıb.
O, əvvəlcə 1/4 finalda moldovalı Oleq Kretula qarşılaşıb və qələbə qazanıb.
Zəkiyev 1/2 finalda türkiyəli Gökhan Biceri ipponla üstələyərək finala vəsiqə qazanıb.Finalda moldovalı İon Basocu məğlub edərək qızıl medal qazanıb.