RU

İmişlidə zəhərlənənlərin sayı 20 nəfərə çatıb- Aralarında azyaşlılarda var

İmişlidə toyda zəhərlənənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Sentyabrın 24-ü saat 14:10-dan etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.

 

 

 

 

17:23

İmişli rayonunda kütləvi zəhərlənmə olub.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.

Belə ki, aralarında azyaşlılar da olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata əsasən, onlar kənddə keçirilən toy mərasimində zəhərləniblər.

Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
31
14
azedu.az

10Источники