APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunun plenar iclasında çıxışında bildirib .
Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birlikdə işləməyə hazır olub, lakin qərblilər stereotiplərdən əl çəkməyə hazır deyildilər.
Putin xatırladıb ki, başqa ölkələrə nə edəcəyini diktə etmək cəhdləri uğursuzluqla nəticələnib: "Dünyada hər kəsə nə edəcəyini diktə edəcək bir qüvvə yoxdur və olmayacaq. Hər bir gücün öz həddi var".
Rusiya prezidenti qeyd edib ki, ölkələrin maraqları heç vaxt tam üst-üstə düşmür. O əlavə edib ki, beynəlxalq münasibətlərin bütün tarixi ölkələr arasında öz maraqları uğrunda gedən mübarizədir.
Putin Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı iddialar da münasibət bildirib. O, bu iddiaları cəfəngiyat adlandırıb.
"Avropa Rusiyanın düşmən olması fikrini əsrlər əvvəl uydurub. Avropa elitasının siyasəti yeni bir şey deyil", - o deyib.
Putin Qərb elitasına müraciət edib: "Sakitləşin, dinc yatın və nəhayət, öz problemlərinizlə məşğul olun".
10Источники
-
news24.az“Kim Rusiya ilə rəqabət aparmaq istəyirsə, buyursun" - Putin ( 21989263)
-
axar.azBu ölkələrin NATO-ya daxil olması axmaqlıqdır - Putin ( 21992716)
-
metbuat.azDünyanın nizamı Rusiya olmadan qurula bilməz Putin ( 21992629)
-
metbuat.azDünyanın nizamı Rusiya olmadan qurula bilməz - ( 21992581)
-
qaziler.azPutin İsveç və Finlandiyanın NATO-ya daxil olmasını axmaqlıq adlandırıb ( 21992272)
-
azvision.azPutin: "Rusiya iki dəfə NATO-ya üzv olmaq istəyib" ( 21991957)
-
manset.azRusiya iki dəfə NATO-ya üzv olmaq istəyib ( 21991198)
-
busaat.az“NATO-ya hücum planları ilə bağlı bəyanatlar cəfəngiyyatdır” – Putin ( 21990550)
-
bakivaxti.azRusiya iki dəfə NATO üzvü olmaq istəyib ( 21990124)
-
unikal.azRusiya iki dəfə NATO üzvü olmaq istəyib ( 21989962)