RU

Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük Saşa İliç

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Turan Tovuz" Misli Premyer Liqasının 7-ci turunda səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb:

"Çox çətin oyun oldu. Amma bu hesabla uduzmağımızı gözləmirdik. Çox pis oynadığımızı düşünmürəm, ona görə də bu nəticə mənim üçün də gözlənilməz oldu. Çətin rəqib idi".

Komandadakı taktiki gedişlərdən də söz açan mütəxəssis bunları qeyd edib: "Taktiki səhvlərdən məğlub olduğumuzu düşünmürəm. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük və nəticəsində məğlub olduq. Əlimizdə olan oyunçular budur. Biz çalışırıq ki, minimum səhvlər edək. "Turan Tovuz"la matç çətin olduğu üçün müəyyən səhvlər qaçınılmaz oldu. Mən futbolçularımdan razıyam.Öz üzərimizdə işləyib daha da uğurlu olmağa çalışacağıq. 

"İmişli" ilə matçda da məğlub olsaq da, yaxşı oynadığımızı düşünürəm. Yenə bildirirəm ki, oyunçularımdan razıyam və əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışıb səhvləri də azaldacağımıza inanıram".

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
8
sportal.az

10Источники