RU

Son beş ildə Azərbaycanda neçə nəfərə infarkt diaqnozu qoyulub?

2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə kəskin miokard infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 2 911 nəfər olub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 882-si kişi, 1 029-u isə qadın olub.

Bu diaqnoz həmin şəxslərdən 73-də 18-29 yaşlarda, 2 838-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.

2020-2023-cü illərin miokardın kəskin infarktı diaqnozu üzrə statistik göstəricilər isə aşağıdakı kimi olub:

  2020 2021 2022 2023
say/nəfər 2229 2252 2205 2646
kişilər 1437 1457 1426 1711
qadınlar 792 795 779 935
18-29 yaşda 63 56 55 66
30 və yuxarı yaşda 2166 2196 2150 2580

Həmçinin 2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə təkrar miokard infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 793 nəfər olub

Vurğulanıb ki, onlardan 480-i kişi, 313-ü isə qadın olub.

Bu diaqnoz həmin şəxslərdən 9-da 18-29 yaşlarda, 784-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.

2020-2023-cü illərin miokardın kəskin təkrar diaqnozu üzrə statistik göstəricilər isə aşağıdakı kimi olub:

  2020 2021 2022 2023
say/nəfər 1143 868 601 721
kişilər 709 537 364 437
qadınlar 434 331 237 284
18-29 yaşda 15 8 7 8
30 və yuxarı yaşda 1128 860 594 713

Mənbə: Trend

Избранный
11
7
modern.az

10Источники