RU

Almaniyada bələdiyyə sədrinə bıçaqla hücum edildi

Almaniyanın Herdecke şəhərinin yeni seçilmiş meri İris Stalzer bıçaqlı hücuma məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''Der Spiegel'' nəşri məlumat yayıb.

57 yaşlı siyasətçi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bildirilir ki, o, çoxsaylı bıçaq yaraları alıb və vəziyyəti kritikdir.

İris Stalzer Almaniya Sosial Demokrat Partiyasının (SPD) namizədi olaraq yaxın vaxtlarda keçirilən seçkilərdə qalib gəlmişdi. Hücum da məhz seçkidən qısa müddət sonra baş verib.

Hücum edən şəxsin kimliyi və motivləri hələlik məlum deyil. Hadisə ilə bağlı Ennepe-Rur rayonunda genişmiqyaslı polis əməliyyatı aparılır. Hüquq-mühafizə orqanları istintaqın detalları barədə hələlik açıqlama verməyib.

Избранный
53
4
operativmm.az

10Источники