İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçılarının Zəngilana səfəri başlayıb.
Xezerxeber.az-ın xəbərinə görə, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində işğaldan azad olunmuş Zəngilan rayonuna gəliblər. Konfrans iştirakçıları Zəngilan rayonuna səfəri zamanı yenidən qurulan Ağalı kənd mərkəzindəki "ZƏFƏR" abidəsini ziyarət edib.
Səfər iştirakçılarının Zəngilan rayonu Ağalı kəndində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olublar.