Tovuzda "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.
Leqal.info xəbər verir ki, hadisə rayonun Elməddin Nəsibov küçəsində baş verib.
Qadın təcili tibbi yardım briqadası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Ziba Ağayevanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта