RU

Bundesliqa: “Verder” “Union Berlin”i tək qolla yendi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Verder” doğma meydanda “Union Berlin”lə üz-üzə gəlib. Meydan sahibləri yekunda minimal hesabla üstün olublar.

Qeyd edək ki, 8-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
8-ci tur

24 oktyabr

Verder – Union Berlin 1:0
Qol: Qrüll, 72.

25 oktyabr

17:30. Auqsburq – Leypsiq
17:30. Borussiya (Mönhenqladbax) – Bayern
17:30. Ayntraxt – Sankt Pauli
17:30. Hamburq – Volfsburq
17:30. Hoffenhaym – Haydenhaym
20:30. Borussiya (Dortmund) – Köln

26 oktyabr

18:30. Bayer – Frayburq
20:30. Ştutqart – Maynts

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
177
1
arena.az

10Источники