RU

Ezekyel Fernandes “Bayer”ə kömək edə bilməyəcək

Almaniyanın “Bayer” klubunun dayaq yarımmüdafiəçisi Ezekyel Fernandes bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı argentinalı futbolçu Almaniya Bundesliqasının 8-ci turunda “Frayburq”a qarşı keçirdikləri matçda (2:0) sol dizinin bağlarını zədələyib. Bu üzdən də o, 67-ci dəqiqədə əvəzlənib. Ətraflı müayinələrdən sonra futbolçunun təxminən bir aya yaxın məcburi istirahət edəcəyi müəyyənləşib.

Xatırladaq ki, Ezekyel Fernandes 2025/2026-cı illər mövsümündə “Bayer”in heyətində 8 matçda meydana çıxıb. O, bu ilin sentyabrından Leverkuzen təmsilçisində çıxış edir. Almaniya klubu argentinalı futbolçunu “Əl-Kadisiya”dan 25 milyon avroya transfer edib. Fernandesin “Bayer”lə 2030-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

“Boka Xuniors”un yetirməsi olan Ezekyel “Tiqre”də də oynayıb. O, 2024-cü ilin yayında debüt etdiyi Argentina millisində 4 oyun keçirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
25
1
arena.az

10Источники