RU

Azərbaycan Kubokunda sonuncu 1/8 finalçı “Neftçi” oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyunu “Neftçi” ilə MOİK arasında baş tutub.

8 qolun qeydə alındığı bu oyunda elita təmsilçisi rahat qələbəyə sevinib. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar bu görüşdə dublla yadda qalıb.

Xatırladaq ki, daha öncə “Kəpəz”, “Karvan”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq”, “Şəfa”, “Şahdağ Qusar”, “Difai”, “Sumqayıt”, “Şamaxı” və “Qəbələ” Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə vəsiqə qazanmışdılar.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

29 oktyabr

“Neftçi” – MOİK 6:2
Qollar: Vensan Abubakar, 8; 42. Nicat Qurbanlı, 27-öz qapısına. Ağadadaş Salyanski, 61. Murad Məmmədov, 70. Sessi D Almeyda, 83 – E Məmmədov, 45+1. Elvin Camalov, 48-öz qapısına.
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”, 19:00.

Neftçi: 1. Emil Balayev (k), 7. Emil Səfərov, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 27. Kristian Kostin, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 81. Məhdi Həsənov, 8. Emin Mahmudov, 4. Elvin Camalov, 15. Elvin Bədəlov, 19. Ağadadaş Salyanski, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas.
Baş məşqçi: Samir Abasov.

MOİK: 1. Zeynal Əhmədzadə, 24. Nihad Tamazov, 5. Nihad Qurbanlı (k), 11. Seyxan Fərəcov, 70. İbrahim Novruzov, 7. Samir Məhərrəmli, 88. Məzahir Məmmədzadə, 8. Zeynəddin Abdurahmanov, 27. Mehrac Baxşalı, 33. Cavid Yadullayev, 17. Elmar Məmmədov.
Ehtiyat oyunçular: 66. Əkpər Vəliyev, 22. Murad Ağamalıyev, 44. Ülvi İbazadə, 13. Elton Əlibəyli, 3. İzzət Müştaqov, 2. Hüseyn Əliyev, 99. Cəlal Cəbrayılov, 16. Tural Axverdiyev, 6. Rüstəm Hümbətov.
Baş məşqçi: İlham Yadullayev.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
30
28
arena.az

10Источники