RU

Stefano Pioli “Fiorentina”dan qovuldu - ARENA.AZ

Futbol üzrə İtaliya A Seriyasının 2025/26 mövsümündə uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Fiorentina” baş məşqçisi Stefano Pioli ilə vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə iklubun rəsmi saytı məlumat yayıb.

Uğursuz nəticələrə görə italiyalı mütəxəssisin istefaya göndərilməsinə qərar verilib. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulanıb.

60 yaşlı mütəxəssisi bu vəzifədə Paolo Vanolinin əvəzləyəcəyi iddia edilir.

Qeyd edək ki, Florensiya təmsilçisi A Seriyasının cari mövsümündə keçirdiyi 10 matçda qələbə qazana bilməyib və hazırda turnir cədvəlində 4 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

“Fiorentina” Stefano Pioli üçün doğma klubdur. Belə ki, o, vaxtilə Florensiya klubunda həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərib. 2017-2019-cu illər aralığında “Fiorentina”nı 74 oyuna çıxarmış mütəxəssis 27 qələbə, 25 heç-heçə və 22 məğlubiyyət yaşayıb. O, bu ilin yayında yenidən Florensiya klubuna qayıtsa da, budəfəki fəaliyyəti uğursuz alınıb. Komanda onun rəhbərliyi altında keçirdiyi 14 oyunda 4 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət görüb.

60 yaşlı mütəxəssis karyerası ərzində “Salernitana”, “Modena”, “Parma”, “Qrosseto”, “Pyaçentsa”, “Sassuolo”, “Kyevo”, “Palermo”, “Bolonya”, “Latsio”, “İnter”, “Milan”, “Əl-Nəsr” kimi komandalara da rəhbərlik edib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
13
20
arena.az

10Источники