RU

Azərbaycan millisi İslamiadaya qələbə ilə başladı - ARENA.AZ

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarındakı ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, millimizi A qrupunun birinci qarşılaşmasında Liviya yığması ilə üz-üzə gəlib.

Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə bitib. Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl edib.

Azərbaycan millisi qrupdakı növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Xatırladaq ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Komandamız Liviya yığmasına qarşı oyunda aşağıdakı heyətlə mübarizə aparıb: 1. Kamran Hacıyev (k), 5. Eldar Zeynalov, 9. Murad Quluzadə, 10. Nihad İsmayılov, 20. Fərid Abbasov, 12. Cavad Məmmədov, 2. Ədalət Ələkbərov, 3. Kənan Manafov, 4. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 17. Oqtay Mahmudzadə.
Baş məşqçi: Yevgeni Kukseviç.

    Xəbəri istədiklərinizlə paylaşın
    error: Məzmun qorunur!
    Избранный
    16
    20
    arena.az

    10Источники