RU

Ukraynanın üzvlüyünə imkan verməyəcəyik - Siyarto

Hazırkı macar hökuməti Ukraynanın Avropa Birliyinə üzv olmasına razılıq verməyəcək.

Azreform.info xəbər verir ki, bu sözləri Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

“Macar xalqı açıq şəkildə bildirib ki, Ukraynanın Avropa Birliyinin üzvü olmasını istəmir. AB-yə yeni üzvlərin qəbul edilməsi bütün üzv dövlətlərin yekdil razılığını tələb edir. Macarıstan və macar xalqı Ukraynanın üzvlüyünü dəstəkləmədiyini açıq şəkildə ifadə etdiyindən, Ukrayna Avropa Birliyinin üzvü olmayacaq”, - deyə qeyd olunur.

Xatırladaq ki, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Albaniya, Moldova, Ukrayna və Monteneqronun 2030-cu ilə qədər AB üzvü olacağını bildirmişdi.

Избранный
20
3
azreform.info

4Источники