RU

Azərbaycan derbisinə doğru – Qollar

“Zəfər turu” çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşması öncəsi bu komandalar arasında indiyədək vurulan qolların statistikasını təqdim edirik.

 

İlk qolu Zaur Qarayev (“Qarabağ”) vurub – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1.

“Neftçi”nin ilk qoluna Ərani Beydiyev imza atıb – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1.

Derbidə 103 futbolçu rəqib qapısına qol vurub.

“Qarabağ”ın 55 oyunçusu qol sevinci yaşayıb.

“Neftçi”nin 53 futbolçusu rəqib qapısına yol tapıb.

5 futbolçu hər iki komandada qola sevinib.

Mahir Emreli ( “Qarabağ” ) derbilərin bombardiridir – 9 qol.

Növbəti derbisinə çıxacaq Abdullah Zubir ( “Qarabağ” ) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir.

“Neftçi” nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqlənib.

Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox – ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

Избранный
31
9
msport.az

10Источники