RU

“Qarabağ” “ingilis tilsimi”ni Bakıda qırdı - ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” tarixində ilk dəfə avrokuboklarda İngiltərə Premyer Liqası klubundan xal alıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu bunu UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə matçda reallaşdırıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşdə heç-heçə qeydə alınıb – 2:2. Buna qədər Azərbaycan çempionu Avropa arenasında İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 6 oyunun hamısında uduzmuşdu – “Tottenhem”ə (1:3, 0:1), “Çelsi”yə (0:6, 0:4) və “Arsenal”a (0:3, 0:1). Qurban Qurbanovun yetirmələri bu uğursuz seriyanı Bakıda qırıblar.

“Qarabağ” və futbolçuları UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4 oyunundan sonra müxtəlif nominasiyalarda ön pillələrdə qərarlaşıblar. “Köhlən atlar” bu matçlarda rəqiblərdən top almağa görə üçüncü pillədə qərarlaşıblar.

Azərbaycan çempionunun oyunçuları dörd qarşılaşmada bunu 190 dəfə bacarıblar. Komandanın üzvü Kamilo Duran iki məhsuldar ötürmə ilə 5-ci pillədə qərarlaşmış 24 oyunçudan biridir.

Kevin Medina isə rəqiblərdən top almağa görə “10-luq”da yer alıb. Buna 28 dəfə nail olan kolumbiyalı müdafiəçi “Benfika”dan Nikolas Otamendi, Entso Barreneçea, “Nyukasl”dan Dan Börn və “Liverpul”dan İbrahima Konate ilə birlikdə bu sıranı bölüşdürür.

Qeyd edək ki, “Qarabağ” 4 turdan sonra UEFA Çempionlar Liqasının Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisinin hesabında 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
54
23
arena.az

10Источники