RU

Ronaldo: “Messinin məndən yaxşı olduğu fikri ilə razı deyiləm”

“Əl-Nəsr”in kapitanı Kristiano Ronaldo dünya futbolunun digər ulduzu, “İnter Mayami”nin kapitanı Lionel Messi ilə müqayisəsinə dair sualı cavablayıb.

Arena.az Kristianoya ünvanlanmış müvafiq sualı və veteran udluzun cavabını təqdim edir:

– Belə bir fikir var ki, Messi səndən daha yaxşıdır. Bəs, sən nə düşünürsən?
– Messinin məndən yaxşı olduğu fikri ilə razı deyiləm. Təvazökarlıq etmək istəmirəm.

Artıq 40 yaşı olan portuqal ulduz futbolçu karyerasına xitam verəcəyi ilə bağlı sualı da cavablayıb:

“Tezliklə. Amma düşünürəm, hazır olacağam. Bəli, ağır olacaq, asan olmayacaq”.

Kristiano “Mançester Yunayted”də baş məşqçisi olmuş şotland məşhur mütəxəssis Aleks Ferqyuson haqda da söhbət açıb:

“O, yaşxı insandır. Mənim ürəyimdə əbədi qalacaq bir insan… O, mənə həqiqətən kömək edib – həm həyatda və həm də karyeramda”.

Portuqaliya millisinin kapitanı ABŞ prezidenti Donald Tramp barədə də fikirlərini bölüşüb. O, Trampa hədiyyə etdiyi formadan danışıb:

“Trampa hədiyyə etdiyim futbol formasında “Dünyada sülh üçün oynayan prezident Donald Trampa” yazmışdım. Mən bununla onu nəzərdə tuturdum ki, o, dünyanı dəyişə və ya onun dəyişməsinə kömək edə biləcək insanlardandır”.

“Oğlumuzu itirdik, amma qızımız sağ qaldı”

Kristiano Ronaldo dünyaya gəlmiş əkizlərindən birinin itkisi ilə bağlı duyğularını da paylaşıb. Portuqaliyalı futbolçu bu hadisənin ailəsinə necə təsir etdiyindən danışıb:

“Biz çox çətin bir dövr yaşadıq. Oğlumuzu itirdik, amma qızımız sağ qaldı. Həyatda həm yaxşı, həm də pis anlar olur. Bu, münasibətlərin bir hissəsidir. Fikrimcə, həmin dövrdə bizim bağımız daha da gücləndi. Biz hər zaman bir-birimizi dəstəklədik”.

O, əlavə edib ki, bu hadisə ona həyatın mənasını yenidən dərk etməyə kömək göstərib:

“O dövr çox çətin idi, amma eyni zamanda, mənə çox şey öyrətdi. Həyata başqa bucaqdan baxmağı öyrəndim. Qızım indi üç yaşındadır və o, ailəmizin kraliçasıdır, evimizi sevincə bürüyür. Həyatda heç nə təsadüfən baş vermir. Mən buna inanıram və ailəmlə fəxr edirəm”.

Xatırladaq ki, Kristiano bu ilin yayında “Əl-Nəsr”lə müqaviləsinin müddətini 2027-ci ilin 30 iyununa qədər uzadıb. O, Səudiyyə Ərəbistanı klubunda 2023-cü ilin yanvarından çıxış edir.

40 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 10 oyuna çıxaraq, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
39
18
arena.az

10Источники