ABŞ prezidenti Donald Trampın uşaqlığının ilk dörd ilini keçirdiyi "Queens evi" satışa çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Manhettendən 23 km aralıda yerləşən beş otaqlı Tudor tipli ev 1940-cı ildə siyasətçinin atası, tərtibatçı Fred Tramp tərəfindən tikilib. Təxminən 93 kvadratmetr zirzəmisi olan 232,3 kvadrat metrlik ev sakit "Jamaica Estates" məhəlləsində yerləşir və 2,3 milyon dollara satılır.
Bildirilir ki, bina uzun müddət baxımsız qalıb.