RU

“Şamaxı” “Şimal”la yoxlama oyunu keçirəcək - ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” komandası fasilə dönəmində yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandaların oyunları çərçivəsində ölkə çempionatında yaranmış fasilədən istifadə etmək istəyən komanda “Şimal”la yoxlama oyunu keçirəcək.

Birinci Liqada mübarizə aparan bu rəqiblə görüş noyabrın 15-də Şamaxı şəhər stadionunda keçiriləcək. Qarşılaşmaya saat 14:00-da start veriləcək.

Xatırladaq ki, “Şimal” Birinci Liqanın 2025/2026-cı illər mövsümünün aşkar autsayderidir. Komanda keçirdiyi 7 oyundan heç birində qələbə qazana bilməyib. Əyalət təmsilçisi 2 heç-heçə etdiyi halda 5 məğlubiyyətə üzülüb.

Premyer Liqa təmsilçisinə gəlincə, Ayxan Abbasovun çalışdırdığı komanda 11 oyuna topladığı 13 xalla 12 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Əyalət təmsilçisi 11 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
48
27
arena.az

10Источники