RU

“Atalanta” İvan Yuriçi qovdu - ARENA.AZ

Futbol üzrə İtaliya A Seriyasında uğursuz mövsüm keçirən “Atalanta” xorvatiyalı baş məşqçisi İvan Yuriçi istefaya göndərib.

Arena.az xəbər verir ki, bu barədə Berqamo klubunun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı məşçqi ilə müqaviləyə xitam verildiyi diqqətə çatıdırlıb. Klub Yuriçə xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xorvat mütəxəssis bu postda 11 tur davam gətirə bilib. O, yayda “Roma”ya yollanmış Can Pyero Qasperinini əvəzləmişdi. Həmin vaxt Yuriçlə 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanmışdı. Amma xorvat məşqçinin Berqamo klubundakı fəaliyyəti uğursuz alınıb. “Atalanta” onun rəhbərliyi altında meydana çıxdığı 15 oyunda 4 qələbə qazanıb, 8 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

“Atalanta” hazırda İtaliya A Seriyasının yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. Komanda son turda öz meydanında “Sassuolo”ya 0:3 hesabı ilə uduzub. Elə bu yenilgi səbr kasasını daşıran son damla olub. Məsələ burasındadır ki, bu, berqamoluların son illər ərzində evdə ən böyükhesablı məğlubiyyətidir. Sonuncu dəfə Berqamo klubu doğma meydanda böyük hesabla “Roma”ya məğlub olmuşdu – “canavarlar” 2021-ci ilin dekabr ayında 4:1 hesablı qələbə qazanmışdılar.

İvan Yuriç daha öncə “Sauthempton”, “Roma”, “Torino”, “Verona”, “Cenoa”, “Krotone” və “Mantova” kimi komandalara da rəhbərlik edib.

“Atalanta”nın yeni baş məşqçisi də məlumdur. İtaliya mətbuatının yazdığına görə, berqamolular onu Raffaele Palladino ilə əvəzləyəcəklər. Ən qısa zamanda təyinatın açıqlanması gözlənilir.

Xatırladaq ki, Palladino ötən mövsüm “Fiorentina”nı İtaliya A Seriyasında 6-cı pilləyə yüksəltməyi bacarmışdı. Komanda UEFA Konfrans Liqasında da yarımfinala qədər irəliləmişdi. Amma o, yayda daha iddialı klubda işləmək üçün öz istəyi ilə postundan ayrılmışdı.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
43
22
arena.az

10Источники