RU

Koxalski Polşa millisinə çağırıldı - ilk dəfə rəsmi matç üçün

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”da çıxış edən qapıçı Mateuş Koxalski ilk dəfə rəsmi oyunlar üçün Polşa millisinə dəvət edilib.

Arena.az xəbər verir ki, baş məşqçi Yan Urban Ağdam klubunun qolkiperini DÇ-2026-nın seçmə mərhələ matçları öncəsi düşərgəyə dəvət edib.

25 yaşlı qapıçı Niderland və Malta milliləri ilə qarşılaşmalarda əsas komandada yer alacaq.

Polşalılar noyabrın 14-də evdə Niderland, 17-də isə səfərdə Malta yığması ilə üz-üzə gələcəklər.

Xatırladaq ki, Koxalski bir neçə ay əvvəl yoxlama görüşlərində yığmaya çağırılsa da, debüt şansı qazanmamışdı.

Mateuş Koxalski 2024-cü ilin avqust ayından “Qarabağ”da çıxış edir. Azərbaycan çempionu polşalı qolkiperi “Stal” (Mielets) klubundan 900 min avroya transfer edib. Koxalski Ağdam klubunun heyətində 41 oyuna çıxıb, 41 qol buraxıb, 18 matçda qapısını toxunulmaz saxlayıb.

Polşalı qapıçı daha öncə “Legionoviya Legionovo”, “Radomyak” (Radom) və “Legiya” (Varşava) kimi klublarda da forma geyinib.

Koxalski 2024-cü ilin iyununda Polşanın əsas millisinin AÇ-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, buna qədər U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
11
26
arena.az

10Источники