Noyabrın 12-si axşam saatlarında Minskdən Bakıya hərəkət edən “Belavia” Hava Yollarına məxsus “Embraer-195” tipli sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Minsk hava limanına qayıdıb.
Bakıvaxtı.az xəbər verir ki, uçuş saat 23:17-də həyata keçirilib. Havaya qalxdıqdan qısa müddət sonra nasazlıq aşkarlandığı üçün kapitanın qərarı ilə təyyarə 23:46-da hava limanına geri dönüb.
Hadisədən sonra reys “Boeing 737-300” təyyarəsi ilə əvəz olunub və uçuş saat 02:20-də bərpa edilib.
“Belavia” şirkəti sərnişinlərdən üzr istəyib və bildirib ki, onların rahatlığını təmin etmək üçün bütün mümkün tədbirlər görülüb.