RU

Paşinyanın "təsir agentləri" iddiaları gərginliyi artırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş Naziri Nikol Paşinyanın müxtəlif siyasi qüvvələri dəfələrlə "təsir agentləri" adlandırması ölkədə siyasi gərginliyi artırıb.
Müxalifət nümayəndəsi, "Ermənistan" blokundan olan deputat Artur Xaçatryan noyabrın 14-də Milli Məclisdə keçirilən brifinqdə çıxışı zamanı bu mövzuya toxunub.

Deputat bildirib ki, Baş nazir 5-6 ildir ki, mütəmadi olaraq bu cür iddialarla çıxış edir. Lakin bu iddialarla bağlı hüquq-mühafizə orqanlarına göndərilən sorğular cavabsız qalır.

"Ya Nikol Paşinyan bu chr("39")təsir agentlərininchr("39") kim olduğunu aydınlaşdıraraq sözlərini məhkəmədə müdafiə etməlidir, ya da hüquq-mühafizə orqanları həmin şəxslərin ardınca xüsusi bölmələr göndərməlidir," - deyə Xaçatryan tələb edib.

Artur Xaçatryan, Paşinyanın gec-tez bəzi partiyaları qadağan edəcəyini də istisna etməyib.
"Axı o başa düşür ki, dürüst mübarizədə mütləq hakimiyyəti itirəcək," - deyə müxalifətçi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники