RU

PKK mühüm bölgədən çıxdığını elan edib



PKK terror təşkilatının rəhbərliyi İraqın şimalında, Kərkük vilayətində yerləşən Əz-Zab rayonundan öz birləşmələrini çıxardığını elan edib.

aia.az xəbər verir ki, bu barədə "Rudaw" telekanalı məlumat yayıb.

PKK rəhbərliyinin bəyanatına görə, təşkilat üzərinə münaqişə ehtimalı olan sərhədyanı rayonlarda qarşıdurmanın qarşısını almaq üçün tədbirlər görmək öhdəliyi götürüb. Bu qərara əsasən, PKK birləşmələri noyabrın 16-sı axşam saatlarında münaqişə ehtimalı olan Əz-Zab rayonundan çıxaraq digər münasib rayonlarda yerləşiblər. Vurğulanıb ki, bu regionda münaqişə riski tamamilə aradan qaldırılıb və qüvvələrin Əz-Zabdan geri çəkilməsi sülh prosesinə mühüm praktiki töhfə olacaq.

Xatırladaq ki, Ankara tərəfindən qadağan edilmiş PKK terror təşkilatı oktyabrın sonunda öz qüvvələrini Türkiyədən tam çıxardığını bəyan edib. Üstəlik, rəhbərlik bildirib ki, sərhəd boyunca münaqişə və ya təxribat ehtimalları olan mövqelərdə də oxşar tədbirlər görüləcək.

Türkiyədə terror fəaliyyətinə görə ömürlük həbs cəzasına məhkum edilmiş PKK lideri Abdullah Öcalan 2025-ci ilin fevralında bu təşkilatla əlaqəli bütün birləşmələri silahları təhvil verməyə və Ankara ilə münaqişəyə son qoymağa çağırıb. May ayında partiya qurultay keçirərək özünü buraxmaq və respublika hakimiyyəti ilə az qala 50 il sürən qarşıdurmaya son qoymaq qərarı qəbul edib./Oxu.Az

aia.az



Избранный
17
50
aia.az

10Источники