RU

DÇ-2027: Millimizin oyunlarının təqvimi açıqlandı - ARENA.AZ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin DÇ-2027-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildrilir ki, C Liqasının 3-cü qrupunda yer almış milli komandamız 2026-cı ilin martında mübarizəyə start verəcək.

Azərbaycan millisinin qrupunda Şimali Makedoniya, Macarıstan və Andorra yığmaları yer alıblar. Komandamız ilk matçını evdə, sonuncu görüşünü isə səfərdə keçirəcək. Hər iki halda rəqib Şimali Makedoniya yığması olacaq.

Qeyd edək ki, oyunların keçiriləcəyi stadionlar və başlama vaxtı barədə daha sonra məlumat veriləcək.

Millimizin DÇ-2027-nin seçmə mərhələsindəki oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

3 mart 2026-cı il
Azərbaycan – Şimali Makedoniya

7 mart
Macarıstan – Azərbaycan

14 aprel
Andorra – Azərbaycan

18 aprel
Azərbaycan – Andorra

5 iyun
Azərbaycan – Macarıstan

9 iyun
Şimalı Makedoniya – Azərbaycan

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
22
50
arena.az

10Источники