“Ukrayna Fransadan 100 ədəd “Rafale” qırıcısı alacaq”.
News365.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla Parisdə qırıcıların alınmasına dair imzalanma mərasimindən sonra bildirib.
“Bu, gözəl və tarixi andır. 100 ədəd “Rafale” qırıcısı bizim sənayemiz, xalqımız üçün yeni mərhələdir. Dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri bizdə olacaq”, - Ukrayna lideri deyib.
Müqavilənin təfərrüatı barədə məlumat verilmir.