RU

Fransanın hücumçusu təəccüblənib: Qarşımızda döyüşkən Azərbaycan millisi vardı

“Matçın startında rəqib bizi təəccübləndirdi. Oyuna sürətli başladılar və erkən qol vurdular”.

Publika.az xəbər verir ki, bu sözləri Fransa yığmasının hücumçusu Jan-Filipp Mateta DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib. Komandasının qələbəsinə bir qolla töhfə verən 28 yaşlı forvard millimizin çıxışına təəccübləndiyini etiraf edib.

“Xüsusən də, ilk 10 dəqiqədə bizdən üstün idilər. Ancaq çox keçmədən toparlandıq. Toparlanmalı idik də. Nəticədə təzyiqi artıraraq istəyimizə çatdıq. Qələbə qazanmağımıza baxmayaraq, qarşımızda döyüşkən və qətiyyəli Azərbaycan millisi var idi”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Fransanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Избранный
46
45
publika.az

10Источники