RU

Azərbaycan bütün oyun qaydalarını dəyişdi - Petrosyan 

“Azərbaycan bütün oyun qaydalarını dəyişdi”.

Ölkə.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu regional məsələlər üzrə ekspert Armen Petrosyan deyib.

O qeyd edib ki, ötən gün Daşkənddə “Mərkəzi Asiya (C5) + Azərbaycan” formatında görüş keçirilib:

“Bu görüşdə Azərbaycana bu toplantıların tamhüquqlu üzvü statusu verildi. Hazırda ən azı siyasi və geosiyasi müstəvidə ölkələri birləşdirən C5 formatı artıq C6-ya çevrilir.

Ən önəmlisi isə odur ki, bu istiqamətdə əsas təşəbbüskarlığı göstərən məhz Azərbaycan idi. Hətta Daşkənd sammitindən əvvəl belə, platformanın qeyri-rəsmi üzvü kimi, ABŞ-da keçirilən C5+ABŞ sammitində iştirak etməyə çalışırdı.

Ədalət naminə demək lazımdır ki, Azərbaycanın bu mövqeyi regional güc olmağa canatma yolunda son dərəcə praqmatik və perspektivli addımdır”.

A.Petrosyan vurğulayıb ki, Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, siyasi, iqtisadi və dəyərlər müstəvisində Mərkəzi Asiyaya yönəlir.

Избранный
27
50
olke.az

10Источники