Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə vəzifəsindən ayrıldıqdan sonra Ukraynanı dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Ouest-France” xəbər agentliyi məlumat yayıb.
Ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında Fransa lideri həmin tarixə qədər sülhün əldə olunmasına ümid etdiyini bildirib.
"Ümid edirəm ki, 2027-ci ilə qədər sülh əldə ediləcək", - Makron Kiyevə yardım perspektivlərini şərh edərkən deyib.
QAZİLER.AZ