RU

Ukraynanın alacağı Rafale qırıcılarını kim idarə edəcək?

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Artıq “Mirage-2000” qırıcılarını idarə edən ukraynalı pilotlar “Rafale” təyyarələrini tez bir zamanda mənimsəyə biləcəklər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib.

"Biz yaxşı bilirik ki, artıq “Mirage”də təcrübəsi olan pilotlar “Rafale”ləri idarə etmək üçün bir il təlim keçməyəcəklər, daha tez adaptasiya olacaqlar. Biz bunu artıq müzakirə etmişik", - Zelenski söyləyib.

Qeyd edək ki, Fransa ilə Ukrayna arasında uzunmüddətli əməkdaşlığı müəyyən edən tarixi müqavilə imzalanıb. Müqaviləyə əsasən, Ukrayna Fransadan 100 ədəd “Rafale” qırıcısı alacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
9
axar.az

10Источники