RU

Medvedev Ukraynaya “Rafale” qırıcılarının tədarükündən danışıb

Qərb siyasətçiləri Fransanın “Rafale” qırıcı təyyarələri ilə bağlı korrupsiya sxemində iştirak edirlər.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev X sosial media platformasında bildirib.

“Fransa prezidenti Emmanuel Makron və şirkət kimi avropalı axmaqlar Kiyevdə korrupsioner narkomana qarşı ittiham irəli sürüldükdə hansı cəfəngiyyatı dilə gətirəcəklər? “Biz heç nə bilmirdik” və ya “Biz yoxsul ukraynalılara kömək etməliydik” və digər bu kimi cəfəngiyyatlar”,-deyə Medvedev yazıb.

Onun fikrincə, Ukraynaya təyyarələrin tədarükü ilə bağlı korrupsiya sxemində avropalı siyasətçilər də iştirak ediblər.

Yeganə

Избранный
7
50
busaat.az

10Источники