Bakı.Trend:
Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünənisbətən 516 mln. manat və ya 10 faiz çox olmaqla 5 mlrd. 920 mln.manat vəsait yönəldilib.
Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimumpensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılmasıtəmin edilib.
Yanvar-oktyabr aylarında 35 min, elektron pensiya təyinatınabaşlandığı 2019-cu ilin əvvəlindən 173 min pensiya təyinatıe-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.