ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış teleaparıcı Saleh Bağırov Yasamalda ötən gücə baş vermiş dəhşətli yanğında həyatını itirmiş Könül Vəlibəyli haqqında paylaşım edib:“Dəhşətlər içindəyəm... Bu gün gündüz saat 3:00 da Könül Vəlibəyli ilə görüşdük... Mənim üçün hazırladığı iki yeni pencəyin son tamamlama işlərini gördü, bir-iki günə təhvil verəcəyini dedi...”K.Vəlibəylinin milli geyimlərimizin inkişafı üçün çox işlər gördüyünü bildirən teleaparıcı əlavə edib:“Ayın 25 də Türkiyəyə səfərə hazırlaşdığını və 2026 cı ilə olan böyük planlarından həvəslə danışdı. Dedik, güldük, həmişəki pozitivlə ayrıldıq.Xatirimdə həmişə o gözəl təbəssümünlə, əsl insanlığınla qalacaqsan... Sən nə qərib və dəhşətsən a dünya... Ruhun şad olsun istedadlı, gözəl, təmənnasız, böyük ürəkli dostum...”
Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.