Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 11-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
“Qarabağ-2” – “Sabah-2” oyununun 74-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Şahismayıl Cəfərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. Ağdam komandası buna görə 1000 manat cərimə edilib.
“Neftçi-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 49-cu dəqiqəsində “Sumqayıt”ın futbolçusu Ruslan Əliyev hakimə təcavüzkar davranışa cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Sumqayıt” buna görə 700 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Naxçıvan komandası 200 manat cərimə edilib.
