RU

Paşinyan namizəd olacağını açıqladı

“Mən 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının baş nazir postuna namizədi olmaq üçün namizədliyimi irəli sürürəm”.

“Cebheinfo.az” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu 27 noyabrda jurnalistlərlə söhbətində bildirib.

O, namizədlərin qeydiyyat prosesinin şəffaf olacağına və partiyanın ideologiyasının əsasını təşkil edəcəyinə əmin edib.

Paşinyan “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proseslərinin açıq və şəffaf olduğu, qərarların kollektiv şəkildə qəbul edildiyi demokratik bir partiya olduğuna əminlik verib.

"Partiyamızın siyasi fəaliyyəti mənim və ya başqasının şəxsiyyəti ilə müəyyən edilmir. Mən partiyanın idarə heyətinin rəhbəriyəm və fikrim qətidir, amma bu, problemlərin şəxsi səviyyədə həll olunduğu anlamına gəlmir", - deyə Baş nazir qeyd edib.

Xəzər

“Cebheinfo.az”

Избранный
16
4
cebheinfo.az

10Источники