RU

Türkiyədən Bəhreynə avtomobil ixracı 6 milyon dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Bəhreynə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz azalaraq, 6 milyon 374 min 75 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Bəhreynə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 96,2 faiz azalaraq, 22 min 92 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 3 milyar 751 milyon 656 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 15,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 41 milyard 248 milyon 489 min dollar məbləğində avtomobil ixrac edib.

Избранный
15
24
turkic.world

10Источники