RU

Almaniyada Milad yarmarkasında terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın Bavariya bölgəsində Milad yarmarkasında terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb. Saxlanılanlar üç mərakeşli, bir misirli və bir suriyalıdır. Nəşr yazır ki, onlar avtomobillə Milad yarmarkasının ərazisinə daxil olaraq hücum həyata keçirməyi planlaşdırıblar.

Qeyd olunub ki, terror aktının hazırlanması ilə bağlı məlumat Almaniya tərəfinə xarici xüsusi xidmət orqanı tərəfindən təqdim olunub. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
4
apa.az

8Источники