RU

Hindistanda sərnişin qatarı fil sürüsünə çırpılıb

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanın Assam ştatında sərnişin qatarı fil sürüsünə toqquşub və nəticədə ən azı yeddi fil ölüb.

Doğru.az xəbər verir ki, Press Trust of India agentliyinin məlumatına görə, Sairangdan Yeni Dehliyə gedən Rajdhani Express qatarı vəhşi fil sürüsü ilə toqquşub. Əvvəlcə səkkiz filin öldüyü bildirilsə də, sonradan onlardan birinin yaralandığı məlum olub.

Qəza nəticəsində beş vaqon və qatarın lokomotivi relsdən çıxıb, lakin sərnişinlər arasında xəsarət alan olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Hindistanın Cammu və Kəşmir əyalətində beş yaşlı qız vəhşi bəbirin hücumuna məruz qalaraq həyatını itirmişdi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
55
1
dogru.az

2Источники