Misli Premyer Liqasında 16-cı tur davam edir.
Hafta.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.
Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Neftçi”ni qəbul edib. Oyunda hesabı "Karvan-Yevlax" açsa da, "Neftçi" geridönüş edərək 2:1 hesablı qələbə qazanıb.
Hazırda Yevlax klubu 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. “Neftçi” isə 20 xalla 8-cidir. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda qalib aşkarlanmayıb - 0:0.
Günün ikinci matçında isə “Zirə” öz meydanında “İmişli”ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Hazırda 28 xalı olan paytaxt təmsilçisi 3-cü, bölgə təmsilçisi isə 17 xalla 9-cu yeri tutur. Bu komandalar arasında da ilk dövrənin matçı bərabərliklə yekunlaşıb - 1:1.
20 dekabr (şənbə)
“Zirə” – “İmişli” - 0:0Zirə İdman Kompleksinin stadionu
“Karvan-Yevlax” - “Neftçi” - 1:2
Qollar: Araz Abdullayev, 45+8-pen. (1:0), Bassala Sambu, 61 (1:1), Emin Mahmudov, 90+7-pen. (1:2)
Yevlax şəhər stadionu
21 dekabr (bazar)
15:00. “Qəbələ” – “Qarabağ”
17:30. “Araz-Naxçıvan” – “Şamaxı”
22 dekabr (bazar ertəsi)
19:30. “Sumqayıt” – “Sabah”
19 dekabr (cümə)
“Kəpəz” - “Turan Tovuz” - 0:2